“Qalatasaray”da yeni prezident!
14.05.2011 - 20:13
Bu gün Qalatasaray Liseyi Tevfik Fikret salonunda “Qalatasaray” klubunun fövqəladə konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, seçkilərdə 6 min 988 Konqres üzvündən 4 min 17 nəfər səsvermə hüququndan istifadə edib.
Prezident postu uğrunda 3 nəfər mübarizə aparıb: Bunlar Mehmet Helvacı, Ünal Aysal və Turqay Kırandır. "Qalatasaray" üzvləri seçkidə Mehmet Helvacıya səs vermək üçün qırmızı, Ünal Aysal üçün sarı, Turqay Kıran üçün isə boz rəngli seçim kartlarından istifadə ediblər.
Səsvermənin gedişi zamanı rəqiblərini kifayət qədər qabaqlayan Ünal Aysal “Cim-Bom”un yeni başqanı seçilib.
Aysal əvvəlki prezidentlərə nisbətən daha uzun müddətə kluba rəhbərlik edəcək. Belə ki, "Qalatasaray"ın bundan əvvəlki məramnaməsinə əsasən prezident 2 illik seçilirdisə, bundan sonra rəhbər şəxs 3 bu postu tutacaq.
Aysal "Qalatasaray"ın 34-cü prezidenti olub. "Sarı-qırmızılı" klubun 106 illik tarixində indiyədək 33 nəfər kluba rəhbərlik edib.
Qeyd edək ki, Aysal prezident seçiləcəyi təqdirdə futbol komandasına Erik Geretsi baş məşqçi postuna gətirəcəyini bildirmişdi.

0
0