AFFA rəhbərliyi müğənniləri təbrik etdi
15.05.2011 - 11:30
AFFA rəhbərliyi müğənniləri təbrik etdi
AFFA rəhbərliyi Eldar Qasımov və Nigar Camal duetini təbrik edib. Apasport.az saytının məlumatına görə, assosiasiya Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” Beynəlxalq Mahnı Müsabiqəsində ölkəmizi layiqincə təmsil edərək birinci yeri tutan müğənnilərin uğuruna biganə qalmayıb. Qurum rəhbərliyi futbol ictimaiyyəti adından onları təbrik edərək, cütlüyə bundan sonra da böyük yaradıcılıq uğurları arzulayıb.

Mənbə: affa.az