“Neftçi” ilə bir arada
15.05.2011 - 13:27
“Neftçi” ilə bir arada
Çempionlar Liqasında çıxış edəcək daha bir komandanın adı məlum olub. Apasport.az saytının məlumatına görə, Makedoniyanın yarışdakı təmsilçisinin adına aydınlıq gəlib. Bu, Tetovonun “Şkendiya” klubudur. Ölkə çempionatının 30-cu turunda “Horizont Turnovo” komandasını səfərdə 2:0 hesabı ilə məğlub edən yeni çempon sona 3 tur qalmış qızıl medalları təmin edib.

Bu, “Metallurq”un səfərdə “Rabotniçki” ilə 1:1 hesablı heç-heçə etməsindən sonra mümkün olub. “Şkendiya” 67 xalla ən yaxın izləyicisini 9 xal qabaqlayaraq çempionluğu təmin edib. Düzdür, 3 turda 9 xallıq fərqi aradan qaldırılması mümkündür. Lakin əlavə göstəricilərdəki üstünlük “Qızıl oyun”un keçirilmədiyi Makedoniya çempionunun müəyyənləşməsinə imkan verib.

Qeyd edək ki, “Şkendiya” Çempionlar Liqasına Azərbaycan çempionu “Neftçi” kimi II təsnifat mərhələsindən başlayacaq. Lakin hər 2 çempion səpələnməmişlər sırasında yer aldığından onlar bir-biri ilə qarşılaşa bilməyəcək.