Yenə Süleymanov
15.05.2011 - 19:01
Yenə Süleymanov
Azərbaycan çempionatının I divizionunda ən yaxşı bombardir məlum olub. Apasport.az saytının məlumatına görə, başa çatan çempionatın 26 turunda 17 qol vuran İzzətəli Süleymanov mövsümün qol kralı olub. Bakının “Rəvan” klubunun əsas qol silahı karyerasında ilk dəfə deyil ki, çempionatın bombardiri olur. Belə ki, Süleymanov ötən mövsüm də aşağı dəstədə hamıdan çox qol vurmuşdu. Həmin vaxt “Neftçi” İSM-də çıxış edən qolçu daha çox – 19 dəfə fərqlənmişdi. Bu isə o deməkdir kçi, ardıcıl 2 mövsümdür aşağı dəstədə Süleymanov hegemonluq edir. Həmin 19 qol İzzətəlinin komandasını Premyer Liqaya çıxarmamışdısa bu dəfə “Rəvan” güclülər sırasına yüksəlib.