“Qalatasaray” ruhunun yenidən kluba hakim olacağını düşünürəm”
16.05.2011 - 14:43
“Qalatasaray”ın özünü yenilədiyini gördük. Yeni prezident seçilən Ünal Aysal təşəkkür nitqini “Uğur, uğur, uğur” sözləri ilə bitirdi. Bunu həyata keçirmək asan deyil”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında “Vatan” qəzetinin “Qalatasaray” şərhçisi Gokmen Özdemir deyib.
“Qalatasaray”da keçirilən konfransla bağlı açıqlama verən türkiyəli jurnalist bildirib ki, İstanbul komandasındakı müxalifəti kiçik bir qrup yaradırdı və həmin insanlar hazırda lazımi dərs alıb: “Aysal bir xarabalığın üstünə gəldi. Bununla, Adnan Polat öz dərsini lazımınca almalıdır. Fikrimcə, Polat gəlib qurultayı açmalı idi. Turqay Kıran və Mehmet Helvaçı özlərini “Qalatasaray” prezidentliyinə hazır görürdülər, amma topladıqları səs onlar üçün də dərs olmalıdır. Seçki onların prezident vəzifəsinə layiq olmadıqlarını göstərdi. Adnan Polat “Qalatasaray” tarixində rekord miqdarda səs toplasa da, Aysal ondan daha çox səs yığdı. Ümid edirəm ki, bu böyük dəstək onu daha güclü edəcək. Seçkidən sonra “Qalatasaray” ruhunun yenidən kluba hakim olacağını düşünürəm”
Mayis ƏLİZADƏ

0
0