“Qalatasaray” rəsmisi: Babalarımız Türkiyəyə Şuşadan gəliblər
16.05.2011 - 15:08
“Babalarımız Türkiyəyə Şuşadan gəliblər. Azərbaycanda “Qalatasaray”ın çox sevildiyini yaxşı bilirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin “Qalatasaray” klubunun yeni prezidenti Ünal Aysalin siyahısından Nəzarət Komissiyasına üzv seçilən Ural Akuzum deyib.
Əslən Azərbaycandan olan Akuzum bildirib ki, tarixi vətəni ilə çalışdığı klub arasında münasibətlərin daha da yaxınlaşmasına çalışacaq: “Mən də bir Azərbaycan türkü kimi “Qalatasaray”ımızın köklü ənənələrini yenidən dirçəldib, dünya miqyaslı kuboklar alması ucun əlimdən gələni edəcəyəm. Bakıdakı “Motsart” kafesində “Qalatasaray”lılar dərnəyi var. Klubumuzla Azərbaycan arasında bir futbol körpüsü tikməliyik. Bu məqsədlə Bakıda yoldaşlıq matçı keçirə bilərik. Mərhum Əli Sami Yen demişdi ki, “Qalatasaray”ın hədəfi dünya miqyasında klub olub, Turk olmayan komandalara qalib gəlməkdir”.
Klub rəsmisi qarşıdakı planları da açıqlayıb: “Klubumuz geriləmə dövrünü yaşayır. Hörmətli Ünal Aysalın gəlişi ilə buna son qoyacağıq. İlk növbədə maliyyə məsələlərini həll edib, yaxşı baş məşqçi və oyunçular gətirməliyik. Yenidən rəqiblərini meydanın özünə aid hissəsindən çıxmağa qoymayan komanda yaradacağıq. Komandanın böyük hissəsini dəyişəcəyik. Yaxın vaxtda idarə heyəti və əməkdaşlarımız “Türk Telekom Arena” stadionuna köçəcək”.
Akuzum baş məşqçi postuna birdən-birə 2 namizədlə bağlı danışıqlar apardıqlarını vurğulayıb: “Prezidentimiz Ukrayna “Şaxtyor”undan olan həmkarı Rinat Axmetovla dostdur və onunla Mirça Luçeskunun komandamıza qayıdışı məsələsi haqda danışıb. Fatih Terimin də yenidən baş məşqçi olması ilə bağlı söhbətlər gedir. Erik Gerets və Martinilyo ilə bağlı xəbərlər dolaşsa da, hələlik dəqiq bir şey yoxdur. Klubun problemlərini həll etmək üçün bahalı kreditləri ucuzları ilə əvəz etməyi düşünürük. Aysal prezidentliyə ciddi hazırlıqlarla gəlib. Bu üzdən də vəziyyətin yaxşı olacağı ilə bağlı söz verə bilir”.
Mayıs ƏLİZADƏ

0
0