Yığmamızın qapıçısı Pavel Doroşevi də arxada qoydu
17.05.2011 - 11:06
Yığmamızın qapıçısı Pavel Doroşevi də arxada qoydu
Azərbaycan yığmasının qapıçısı Andrey Popoviç mövsümün rekordçusu olub. Apasport.az saytının məlumatına görə, 19 yaşlı ukraynalı legioner başa çatan Azərbaycan çempionatının I divizionunda mütləq rekord müəyyənləşdirib. “Abşeron”la ölkə çempionluğunu qazanan milliləşən legioner 982 dəqiqəlik quru seriya ilə mövsümün ən yaxşısı olub.

Buraxdığı yeganə qola XXIV turda üzülən Andrey mayın 1-də “Sumqayıt”la keçirilən qarşılaşmanın 73-cü dəqiqəsində Tural Hacıyevin zərbəsinə məyus olub. Çempionun digər qolkiperi Vladimir Miçoviç isə aşağı dəstədə oynadığı 441 dəqiqə ərzində ümumiyyətlə qol buraxmayıb.

Müqayisə üçün Premyer Liqanın cari mövsümə aid rekordu 952 dəqiqədir və bu seriya “Qəbələ”nin qapıçısı Pavel Doroşevə məxsusdur.