Flavinyo Braziliyada kəşflər sırasında
17.05.2011 - 11:37
Flavinyo Braziliyada kəşflər sırasında
Braziliya mətbuatı Bakının “Neftçi” klubunun futbolçusu Flavinyo haqda yazmaqdan yorulmur. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçinin gedişindən sonra A seriyasını tərk edən “Qremio Prudente”nin problemləri hər dəfə gündəmə gələndə, Flavinyo diqqət mərkəzinə düşür. Bu dəfə də belə olub.

Klubun problemlərinin həlli üçün yenidən Prudenteni tərk edib, əvvəlki kimi Barueriyə köçməsi də Azərbaycan çempionunu yada salıb. Əvvəllər olduğu kimi, “Barueri” adına qovuşacaq komandanın Prudentedə məskunlaşdığı dövrdə klubda parlamış futbolçuların siyahısı da tərtib olunub. Komandanın kəşfləri sırasında Flavinyonun adı daxil edilib.