Lənkəranlılar “Neftçi”nin çempionluq kubokuna arxa çevirəcəklər
17.05.2011 - 17:59
“Xəzər Lənkəran” azarkeşləri Premyer Liqanın son turunun sabah keçiriləcək “Neftçi” ilə oyunundan sonra yeni ideyaya əl atacaqlar. Apasport.az saytının məlumatına görə, cənublular paytaxt təmsilçisinin bayram əhval-ruhiyyəsini korlamaq üçün əlindən gələni edəcəklər.
Məsələ ondadır ki, oyunun nəticəsindən asılı olmayaraq, qarşılaşmadan sonra “Neftçi”yə Premyer Liqanın çempionluq kuboku veriləcək. Bakılılara bu mükafatın qazanıldığı AZAL-la görüşdə deyil, məhz prinsipial rəqib “Xəzər Lənkəran”la matçda verilməsi qonaq komandanın azarkeşlərinin heç də ürəyincə deyil. Bu səbəbdən də lənkəranlılar həmin an stadionu fit səsində boğmağa cəhd edəcək.
“12-ci oyunçu”nun yazdığına görə, Lənkərandan paytaxta yola düşməyə hazırlaşan bəzi fanatlar təqdimetmə mərasimi zamanı meydançaya arxasını çevirərək, hazırkı mövsümün yalançı çempionluğuna etiraz edəcəklər.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0