“Mı vse znaem, brat, i lyubim Azerbaydjan!”
24.05.2011 - 09:13
Hələ bir ay əvvəl Litva Jurnalistlər İttifaqının (LJİ) media nümayəndələri arasında keçirdiyi beynəlxalq futbol turnirinə dəvət alanda çox həyəcanlanmışdıq. Hər halda, Vətəni Vətəndən kənarda şərəflə, layiqincə təmsil etmək üçün hansı məsuliyyətin tələb olunduğunu bilməmək üçün gərək damarlarından azərbaycanlı qanı axmaya.
Səfər öncəsi məsuliyyətimiz birə beş artmışdı. Çünki Azərbaycanın Düsseldorfdakı “Evrovision-2011” musiqi yarışmasındakı möhtəşəm qələbəsindən sonra ənənəvi turnirdə çox ciddi sınaqla üz-üzə qaldığımızı çox gözəl anlayırdıq. Bu səbəbdən Druskininka şəhərinə yollanan komanda üzvləri qarşıda duran vəzifənin nədən ibarət olduğunu yaxşı dərk etdiyindən, hamı yumruq kimi birləşib “son qanına” qədər mübarizə aparacağına and içmişdi.
Bakı-Kiyev-Vilnüs reysi ilə səfərə çıxan Azərbaycan jurnalist komandası ilk problemi Ukrayna paytaxtında yaşadı. Təxminən 7 saatlıq gecikmədən sonra Kiyevdən Vilnüsə, ordan da bizim üçün ayrılmış xüsusi miniavtobusla Druskininkaya yollandıq.
İştirakçı komandalar üçün ayrılan 3 ulduzlu oteldə isə gördüklərimiz bizi heyrətləndirməyə bilməzdi. Komandamızı gecəyarısı şəxsən LJİ rəhbəri Dainius Radjeviçius qarşıladı və o, Odlar Yurdunun yarışa qatılmasından ancaq şərəf duyduqlarını söylədi.
Turnir haqda danışan Radjeviçius deyirdi ki, əsas məqsəd idman jurnalistlərinə futboldan sonrakı futbolu yaşatmaqdı, yəni, bu yarışda nəticə əsas deyil, əsas oyundan sonrakı hissləri birgə bölüşməkdi.
Azərbaycanın Litvaya yollanması rəqiblərimiz üçün də əsl sürprizə çevrilmişdi. Gecəyarısı olmasına baxmayaraq, onlar ayrı-ayrılıqda hər birimizlə görüşüb, “Evrovision-2011”dəki zəfərimizdən ağızdolusu danışırdılar. Sanki, qələbəni biz yox, onlar qazanmışdılar. Əcnəbi media nümayəndələri ölkəmizin qələbəyə layiq olduğunu etiraf etməklə yanaşı, hətta Eldarla Nigarın mahnısını da oxuyurdular.
Ertəsi bütün iştirakçılarla birgə səhər yeməyindən sonra turnirin keçirildiyi arenaya yollandıq. Elə Azərbaycan komandasının yarışa ilk dəfə qatıldığı elan olununca, ən çox alqış da məhz bizim komandanın ünvanına oldu. Bu kimi amilləri düşününcə, əvvəlki 6 turnirə qatılmadığımıza görə çox təəssüflənirdik.
Bəri başdan bildirək ki, Litvaya Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yollandıq və yaratdığı bu imkana görə komanda adından nazir Azad Rəhimova təşəkkür edirik. İştirakçılar arasında ən yaxşı geyim məhz bizim komandaya məxsus idi ki, buna görə də AFFA rəhbərliyinə minnətdarıq.
Hər halda, əsas məqsədimiz yarışda yalnız iştirakla kifayətlənmək deyildi. Hər birimiz imkan düşdükcə, ölkəmizi təbliğ etmək, əsl həqiqətləri əcnəbi həmkarlarımızın diqqətinə çatdırmaq idi ki, buna da bacardığımız qədər nail olduq.
Etiraf edək ki, “Evrovision-2011”dən sonra Azərbaycana maraq daha böyük idi. Amma əsl dəstəyi Ukrayna və Belarus jurnalistlərindən aldıq. Onlara Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, torpaqlarımızın 20 faizinin erməni işğalında olması haqda məlumat verəndə, çoxlarının cavabı “Mı vse znaem, brat, i lyubim Azerbaydjan” olurdu...
Yarışa gəlincə, 7 ölkədən 9 komandanın qatıldığı yarışda sürprizsiz ötüşmədi. İlk oyundaca turnirin gələcək qalibi olan Polşaya son dəqiqələrdə buraxdığımız kuryoz qolla uduzsaq da, sonradan özümüzə gələ bildik. Konkret olaraq, 8 turdan sonra 3-7-ci yerləri tutmaq pis nəticə deyildi. Azərbaycan futbolunun ən yaralı yeri – qol vurmaq problemi özünü burda da göstərdi. Yəni, komandamız rəqiblərindən fərqli, əksər qələbəsini 1:0 hesabı ilə qazanmışdı ki, bu da “bürüncə” sahib çıxmağımıza mane oldu. Bunu özümüz üçün uğursuzluq saysaq da, əksər rəqiblərin – bütün oyunlarda bizə sonadək dəstək verən turnirin baş sponsoru olan “TonyBet”in sahibi Vygerdas Jonikasın zarafatyana təsəllisi əsl təsəlli idi – bəyəm, Azərbaycan “Evrovision”da ilk cəhddə qalib olmuşdu? Hətta təşkilatçılar da deyirdi ki, ötən ilin mükafatçıları bu il heç “altılığ”a belə düşə bilməyiblər. Odu ki, təəssüflənməyə dəyməz!
Turnirin mükafatlandırma mərasimi isə Druskininkada böyük meşənin ortasında yerləşən məşhur istirahət mərkəzlərindən birində oldu ki, banketə şəhər meri Riçardas Marinauskas da qatılmışdı. O, bütün iştirakçılarla olduqca səmimi davransa da, “ayrı-seçkilik” edib əvvəlcə azərbaycanlılara yaxınlaşdı. Komandamızla xeyli söhbətləşən bu cavan oğlan bizi növbəti turnirə elə indidən dəvət etdi. Mer etiraf edirdi ki, Azərbaycan digər iştirakçılarla müqayisədə Litvaya daha çox yol qət edən komanda idi və bunu alqışlamamaq mümkün deyil.
Bununla belə, Azərbaycan da fərqləndirilən komandalar arasında idi. Nümayəndə heyətimizin başçısı Elnur Əşrəfoğlunun “Turnirin sürpriz komandası” nominasiyasında mükafatı alan zaman “İnşallah, növbəti il Azərbaycan çempion olacaq!” deməsi, yenə alqışlara səbəb oldu. Radjeviçiusun cavabı isə konkret idi: Azərbaycan ilk cəhddə sürpriz komanda adını qazanıbsa, deməli, növbəti il qalib olmağınız sürpriz kimi qəbul edilməməlidir.
Bir sözlə, turnirdə qalib ola bilməsək də, çox şeyə sahib olduq. Siyasi məsələlər barədə danışıb, oxucuların başını ağrıtmaq fikrindən uzağam. Amma bir faktı vurğulamaq məcburiyyətindəyəm: Turnirdə 1 nəfər də olsun “lipa” yox idi ki, bu, yarışa əlavə gözəllik verirdi. Amma bizdə... Dəfələrlə qatıldığım media kuboklarında jurnalistdən çox zurnalist görmüşəm və təəssüf ki, həmin zurnalistlərin havadarları məhz jurnalistlər olub...
Öyrənmək heç zaman gec deyil, öyrənməyə dəyər!!!

0
0