Şenes Erzik yenidən Bakıya gələcək
27.05.2011 - 11:04
İyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək qonaqların daha bir neçəsinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA İcraiyyə Komitəsinin üzvləri - Şenes Erzik, Marios Lefkaritis və Danimarka Futbol Federasiyasının prezidenti (eyni zamanda UEFA İcraiyyə Komitəsinin üzvü) Allan Hansen Bakıya gələcəklər.
Onlar futbolumuzun 100 illik yubiley tədbirlərində iştirakla bağlı AFFA-nın dəvətinə müsbət cavab veriblər və iyunun 6-da keçiriləcək tədbirlərdə iştirak edəcəklər. İndiyə kimi ölkəmizə dəfələrlə gələn türkiyəli Erzik UEFA-nın vitse-prezidentidir.
Qeyd edək ki, AFFA tədbirlərə FİFA və UEFA-nın, həmçinin beynəlxalq futbol qurumlarının üzvü olan milli assosiasiyaların rəhbərliyini dəvət edib.

0
0