Əfqan Həmzəyev hakimlikdən qovulmasını ədalətli sayır
27.05.2011 - 11:43
Əfqan Həmzəyev hakimlikdən qovulmasını ədalətli sayır
Azərbaycan Premyer Liqasının oyunlarından kənarlaşdırılan Əfqan Həmzəyev belə ağır cəza almasını ədalətli sayır. Apasport.az saytının məlumatına görə, 36 yaşlı çimərlik referisi haqqında çıxarılan sərt qərardan narazı deyil.

Elə bu üzdən də Həmzəyev özü haqda qərarla bağlı şəxsi fikrə malik deyil. Bunu o, apasport.az saytına açıqlamasında da bildirib: “Bu haqda danışmaq istəmirəm. Məsələ ilə bağlı heç bir fikrim yoxdur”.

Həmzəyev çempionat oyunlarında buraxdığı çoxsaylı səhvlərə görə Premyer Liqa matçlarından kənarlaşdırılıb. Belə ki, çox vaxt birtərəfli olan bu səhvlər ciddi narazılıqlar yaratdığından, onun cəzalanması qaçılmaz olub. Həmzəyevin daha çox “Neftçi”nin xeyrinə qərarlar verməklə, “ağ-qaralar”ın çempionluqda pay sahibi olması iddia edilir.

Üstəlik, Həmzəyevin həmkarı Elçin Məmmədovla birlikdə çempionat matçlarından birindən sonra meydana atılaraq “Neftçi”ni çempionluqla bağlı təbrik etməsi də qərara təsir edib. Əfqan bəyin yaxın vaxtlarda “Neftçi”də işlə təmin olunacağı bildirilir.
0