Finalda yeni rekord
27.05.2011 - 12:46
Finalda yeni rekord
Macarıstanlı hakim Viktor Kaşşai Çempionlar Liqasının finalları tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, sabah “Barselona” (İspaniya) ilə “Mançester Yunayted” (İngiltərə) arasında qarşılaşmanı idarə edəcək referi yarışın tarixində finalda fit çalan ən gənc ədalət təmsilçisi olacaq.

Qitənin ən nüfuzlu klub turnirinin həlledici matçını 35 yaşında idarə edəcək Kaşşai ingiltərəli Hovar Uebbə məxsus rekordu yeniləyəcək. Ötən il “Bavariya” (Almaniya) ilə “İnter” (İtaliya) arasındakı finalın hakimi 38 yaşında bu qarşılaşmanı idarə etmişdi.
0