“Rəvan” baş məşqçini niyə dəyişib?
27.05.2011 - 23:02
“Əslində, baş məşqçi postundan mövsüm bitdikdən sonra ayrıldım. Sadəcə, bir müddət bunu mətbuata açıqlamadıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun sabiq baş məşqçisi, hazırda isə komandada idman-direktoru postuna çalışan Vladislav Qədirov deyib.
İki ildir I divizionda çıxış edən “Rəvan” cari mövsümün yekunlarına əsasən ikinci pilləni tutub. Bununla, gümüş medallara sahib çıxan paytaxt təmsilçisi növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq.
Maraqlısı odur ki, adətən uğursuz çıxışa görə baş məşqçini dəyişərlər. Bəs qarşıya qoyulan məqsədə nail olan çalışdırıcını başqa vəzifəyə keçirmək nə ilə bağlı idi? Buna Qədirovun cavabı gözlənilən oldu: “Rəhbərliklə danışdıq, məsləhət oldu ki, klubda idman-direktoru kimi fəaliyyətimi davam etdirim. Ona görə də baş məşqçi vəzifəsindən istefa verdim”.
Baş məşqçi axtarışlarını davam etdirən “Rəvan”ı yerli mütəxəssislərdən birinin çalışdıracağı dəqiqdir. Bunu klub rəsmisi dedi: “Baş məşqçi məsələsinə hələ aydınlıq gətirməmişik. Ancaq yerli məşqçilərdən biri ilə anlaşacağımız dəqiqdir. Əcnəbi gətirməyəcəyik”.
I divizionda çıxış edərkən rəqiblərini “Şəfa” stadionunda qəbul edən “Rəvan” məkanı hələ dəyişməyə tələsmir. Çünki klubun inşa etdirdiyi stadion hələ hazır deyil: “AZAL Şüvəlana köçdüyündən biz “Şəfa”da oynayacağıq. Çünki stadionumuz hazır deyil. Qaraçuxur qəsəbəsində klub üçün stadion tikdirilir. 3-4 aydı işlər görülür. Bir il ərzində tikilib təhvil verilməlidir. Stadionda iki meydança olacaq. Hər iki meydançanın örtüyü təbii ot olacaq. Azarkeş tutumu 4 min nəfərlik olacaq”.

0
0