Hiddink Türkiyə millisindən ayrıla bilər
28.05.2011 - 13:55
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink yenidən “Çelsi”nin “sükanı arxası”na keçə bilər. Apasport.az saytının xəbərinə görə, hollandiyalı çalışdırıcı keçirdiyi mətbuat konfransında “ay-ulduzlu” komandadan ayrılacağını istisna etməyib.
“Əgər “Çelsi”dən konkret təklif olarsa, bu haqda fikirləşəcəyəm. Amma hələlik mənə heç bir dəvət edilməyib. Yayılan şayiələrə münasibət bildirmək düzgün deyil” – deyə, Hiddink bildirib.
Holland mütəxəssis vurğulayıb ki, hazırda bütün fikrini Türkiyə yığmasının Belçika ilə keçirəcəyi oyuna yönəldib: “Cümə günü komandamızı Belçika ilə çətin qarşılaşma gözləyir. Fikrimi həmin qarşılaşmaya yönəltmişəm”.
Xatırladaq ki, Türkiyə millisi Avropa çempionatının seçmə qrup mərhələsində Almaniya, Avstriya, Belçika, Azərbaycan və Qazaxıstanla birgə, A qrupunda yer alıb.

- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
- "Arsenal" yeni rekorda imza atıb
0
0