“Şerif”in qapıçısı Lənkəranda oynayacaq
29.05.2011 - 12:11
“Şerif”in qapıçısı Lənkəranda oynayacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Moldova yığması ciddi itkilərlə üzləşib. Apasport.az saytının məlumatına görə, moldovalıların baş məşqçisi Sergey Kirillov gənclər yığmasının 5 futbolçusunun xidmətindən məhrum olub. Müxtəlif səbəblər üzündən komandanın kapitanı Martin İonitsa, həmçinin Viktor Dımov, Georgi Andronik, Sergey Georgiyev, Antoli Keptin Lənkəranda keçiriləcək qarşılaşmaya gətirilməyəcək. Kirillov bu oyunçuların əvəzində yığmaya 2 yeni futbolçu çağırıb. Bunlar “Şerif”in qapıçısı Dmitri Stajila və “Akademiya”nın yarımmüdafiəçisi İqor Lambarskidir.
0