Azarkeş öldü, komanda məşqi dayandırdı
30.05.2011 - 13:47
Futbol meydanında növbəti bədbəxt hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Nosta” klubunun azarkeşi Naum Videlqauz Novotroitsk şəhərinin “Metallurq” stadionunda komandasının məşqini izləyərkən dünyasını dəyişib.
Belə ki, təqaüdçü skamyada oturduğu zaman özünü pis hiss edib. və təcili yardım maşını gələnə kimi vəfat edib. Baş verən hadisəyə görə “Nosta”nın məşqi 40 dəqiqə yubadılıb.
Qeyd edək ki, Videlqauz şəhərin futbol ictimaiyyəti arasında tanınmış sima olub. O, uzun müddət Novotroitsk təmsilçisinin heç bir ev oyununu buraxmırdı. Ölümündən az öncə Nauma “Nosta”nın sabiq baş direktoru Andrey Kançelskisin şəxsi imzası ilə müəllifi olduğu kitab bağışlanmışdı.

0
0