Fransalı qapıçı “Qalatasaray”da
30.05.2011 - 14:19
“Qalatasaray” klubu transfer etmək istədiyi qapıçının adını açıqlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızılar” Fransanın “Monako” klubunun qapı qoruyucusu Stefan Ruffyeni heyətinə qatmağa hazırlaşır.
Komandanın baş məşqçisi Fateh Terim artıq bu məqsədlə Fransaya yollanıb. O, 24 yaşlı qapıçının ölkə çempionatının son turundakı oyununu izləyib və Ruffye ilə danışıqlara başladığını bildirib.
Stefanın “Qalatasaray”a transferi 5 milyon avroya başa gələcək. 2013-cü ilə qədər “Monako” ilə müqaviləsi olan əlcək sahibinin yaxın günlərdə rəsmi müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, Ruffye Fransa yığmasının heyətində 1 oyunda meydana çıxıb. Lakin Norveç millisi ilə keçirilən yoxlama matçında o, qapısında 2 top görüb. Fransa isə rəqibinə 1:2 hesabı ilə uduzub.

0
0