“Yeni klubumun adını 2 həftəyə açıqlayacağam” - FOTO
30.05.2011 - 14:42
“Yeni mövsüm üçün təkliflər almışam. Amma hələ yekun qərarımı verməmişəm”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “İnter” klubunun sabiq futbolçusu Jivko Jelev deyib.
Son mövsümdə “bankirlərin” şərəfini qoruyan bolqarıstanlı legioner hazırda vətənindən aldığı təklifləri nəzərdən keçirir. Jelev bildirib ki, “İnter”lə müqaviləsi bu gün başa çatır və son qərarını yaxın 2 həftədə verəcək: “Növbəti mövsümdə çıxış edəcəyim klubu hələ müəyyənləşdirməmişəm. Təklifləri nəzərdən keçirib, 2 həftəyə qərar verəcəyəm”.
Qeyd edək ki, Jivko “İnter”də çıxış etdiyi 2010/2011 mövsümündə cəmi 1 maçda forma geyinib. O, bu matçda da 78-ci dəqiqədə əvəzlənib.

0
0