“Ən vacib oyunumuz Azərbaycanla idi”
31.05.2011 - 09:31
“Bu, seçmə mərhələdir. Ona görə də hər qarşılaşma vacib sayılır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika millisinin futbolçusu Timmi Simons deyib.
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan belçikalıların təcrübəli oyunçusu iyunun 3-də baş tutacaq Türkiyə ilə qarşılaşma ərəfəsində fikirlərini açıqlayıb: “Bütün oyunlar vacib olsa belə, Azərbaycan və Avstriya ilə görüşlər digərlərindən fərqlənir. Çünki son 2 matçımız ən vacib oyunlarımız idi. İndi isə hər şey öz əlimizdədir. Meydana çıxıb qalib gəlməliyik. Bunun üçün hər şeyimiz var”.
Qeyd edək ki, Belçika yığması millimizi 4:1 hesabı ilə məğlub etmişdi.

0
0