Volkan Azərbaycan yığması ilə oyuna rahat çıxmaq istəyir
31.05.2011 - 12:41
“Belçika yığması heç vaxt Türkiyə millisi səviyyəsində olmayıb. Bəlkə indi bir az daha gənc, istedadlı futbolçulardan qurulan bir komandadır. Ancaq bizdə daha istedadlı, təcrübəli oyunçular var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl deyib.
“Ay-ulduzlular” Avro-2012-nin seçmə mərhələsində iyunun 3-də Belçika ilə səfərdə vacib oyuna çıxacaqlar. Həmin görüşdəki nəticə türklərin final mərhələsinə çıxmaq şansına böyük ölçüdə aydınlıq gətirəcək.
Volkan Belçikaya qalib gəlib, komandasının qalan oyunlara rahat çıxmasını istəyir: “Belçikadan 3 xalla ayrılmaq istəyirik. Buna nail olsaq, qrupda çox böyük iddiamızın olacağını da bilirik. 1 xal alsaq, yenə iddiamız davam edəcək. Ancaq qalib gəlib, qrupumuzdakı digər oyunlara daha rahat çıxmaq istəyirik. Tək hədəfimiz buradan xal və ya xal almaqdır. Kağız üzərində baxdığımız zamanı hər zaman Belçika yığmasından daha üstün bir komandayıq. Ancaq artıq futbol kağız üzərində deyil, meydanda etdiklərimizlə nəticələnən bir oyun halına gəldi. O üzdən rəqibimizin nə etdiyi bizi maraqlandırmır”.
Qeyd edək ki, türkiyə yığması millimizi oktyabrın 11-də qəbul edəcək.

0
0