Milli komandanın oyunlarının təqvimi dəyişdiriləcək
31.05.2011 - 15:12
Milli komandanın oyunlarının təqvimi dəyişdiriləcək
UEFA-nın İşçi Qrupu milli komandaların oyunlarının təqvimi ilə bağlı islahatlar aparacaq. Apasport.az saytının məlumatına görə, Avropa Klublar assosiasiyasının təkidi ilə bağlı məsələni araşdıran qurum növbəti ildən yığmaların oyun vaxtlarını azaltmalıdır.

Belə ki, mart, sentyabr, oktyabr və noyabr ayında cüt matçların keçirilməsi ilə razılaşan klubları narahat edən digər oyun günləridir.

İyun ayında 2 oyun gününün olması Avropa klublarının heç ürəyincə deyil. Bu üzdən futbolçular artıq 2-3 həftə iş başında olur. Yığmaların 1 matça çıxdığı fevral və avqust aylarında isə milliyə oyunçu vermək heç bir klubun istəyi ilə olmur.

Çünki həm mövsümün, həm də ikinci yarının əvvəlində yığmalar naminə yaradılan fasilə komandalara mənfi təsir edir. UEFA-nın İşçi Qrupu da məhz bu planda optimal variant tapmağa çalışır. Artıq DÇ-2014-ün seçmə oyunları zamanı tətbiq olunacaq bu yeniliklər klubları da razı salmalıdır.