AFFA rəhbərliyi seçkilərə getdi
31.05.2011 - 18:36
AFFA rəhbərliyi seçkilərə getdi
Bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın 61-ci Konqresi öz işinə başlayıb. Apasport.az saytının xəbərinə görə, 2 gün davam edəcək konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edirlər.

Qeyd edək ki, sabah Konqresdə dünya futbol qurumuna növbəti prezident seçkisi keçiriləcək.
0