“Hannover”in futbolçusu: Babam azərbaycanlıdır
31.05.2011 - 23:15
“Hannover”in futbolçusu: Babam azərbaycanlıdır
“Babam əslən azərbaycanlıdır”. Bunu apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ali Demirkan deyib.

Azərbaycan yığması dünən Lənkəranda yoldaşlıq matçında qüvvəsini sınadı. Moldova üzərində qazandığımız 1:0 hesablı qələbədə millimizin heyətində yeni futbolçular da meydana çıxdı ki, bunlardan da biri Almaniyadan gələn soydaşımız Demirkandır. O bildirib ki, ailəsi Qarabağ müharibəsi zamanı Türkiyəyə köçüb: “Mən Almaniyada “Hannover-2” komandasında oynayıram. Azərbaycan yığmasına gəlincə, heyətdə yaxşı futbolçular var. Maraqlı oyun izlədik. Etiraf edim ki, bizi çətin görüşlər gözləyir.
0