Türkiyəli qapıçını güllələdilər - FOTO
01.06.2011 - 10:37
Türkiyəli qapıçını güllələdilər - FOTO
Türkiyənin “Konya Şəkərspor” klubunun qapıçısı Gürsəl Yarpakçı güllələnib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu Konyada silahlı atışmanın qurbanı olub.

O, pul mübahisəsini həll etmək üçün yollandığı topdansatış mərkəzində dünyasını dəyişib. Belə ki, borc üstündə böyüyən mübahisə sonda faciəyə səbəb olub. Nəticədə Yarpakçı aldığı güllə yarasından vəfat edib, yanındakı 4 nəfər isə ciddi yaralanıb.

Qeyd edək ki, “Konya Şəkərspor” Super Toto II Liqasında mübarizə aparırdı.