Şmitser: Azərbaycanla oyun hələ də gözümün qabağındadır
01.06.2011 - 11:44
Şmitser: Azərbaycanla oyun hələ də gözümün qabağındadır
“Birləşmiş Ərəb Əmirliklərində keçirilən turnir bizim üçün eksperimental xarakter daşıyırdı. Yeni oyunçu axtarışında olan yığma üçün həmin matçlar namizədləri sınamaq baxımından əhəmiyyət kəsb edirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya futbolunun tanınmış simalarından olan Vladimir Şmitser deyib.

O, 2009-cu ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə Azərbaycan millisinə məğlubiyyəti hələ də unuda bilmədiyini spyləyib: “Təbii ki, bu da nəticədə öz əksini tapdı. Başdan-ayağa yenilərlə zəngin olan heyətdə normal ab-hava da formalaşmamışdı. Həmin matçlar hələ də gözümün qabağındadır. Çoxları da əsəb gərginliyində, məsuliyyətin təzyiqi altında idi. Buna görə də əvvəl meydan sahiblərinə, sonra Azərbaycana məğlub olduq”.

Qeyd edək ki, həmin turnirdə keçirilən turnirdə millimiz Çexiyanı 2:0 hesabı ilə məğlub etmişdi.