Yüzilliyin futbolçusu da apasport.az-da!!!
01.06.2011 - 12:25
Bu il Azərbaycan futbolu üçün xüsusi əhəmiyyət kəsb edir. 100 illiyini qeyd edən futbolumuz tarixinin ilk böyük yubileyi apasport.az saytının da diqqətindən kənarda qalmayıb. Azərbaycan idman mətbuatının öncüllərindən olan saytımız yubileyə öz töhfəsini artıq verib.
Belə ki, şəxsi layihəmiz olan və futbol ictimaiyyəti tərəfindən alqışla qarşılanan 100 illiyin rəmzi yığması ilə bağlı sorğumuzu yekunlaşdırıb nəticələrini açıqlamışıq. 5 ay davam edən sorğuda rəmzi yığma və onun baş məşqçisini seçməklə kifayətlənmişdik.
Düşünmüşdük ki, 100 illik yubileyə ən azı bizim qədər töhfə vermək istəyənlərin sayı çox olacaq və müxtəlif layihələr təqdim olunacaq. Lakin “Buta Palace”da təşkil olunacaq möhtəşəm tədbirə cəmi 5 gün qalmış bunun əksini görürük. Belə ki, 100 illiklə bağlı layihələri barmaqla saymaq olar.
Hərçənd, 100 illik yubiley bu dövrün ən yaxşı futbolçusu seçilmədən yubiley olmaz. Axı biz 1911-2011-ci illəri əhatə edən əsrin ən yaxşısını da bilməliyik. Biz apasport.az saytı olaraq, həmin əsrin “11-liy”ini seçməyə qərar verəndə ən yaxşı futbolçunu başqalarının öhdəsinə buraxmışdıq. Lakin bu məsuliyyətin altına girən tapılmadı. Belə olan halda, rəmzi yığmaya düşmək üçün ən çox səs toplayan futbolçunu “100 illiyin futbolçusu” elan etməyi zəruri saydıq.
Rəmzi yığmaya düşənlər arasında ən yüksək nəticə isə futbolumuzun əfsanəsi Anatoli Banişevskiyə məxsusdur. Əsrin rəmzi komandasını müəyyənləşdirən respondentlərimizin demək olar hamısı əfsanəvi hücumçunu öz xəyallarının “11-liy”ində görürdü. İstisnalar isə az qala barmaqla sayılırdı.
Digər futbolçularla müqayisədə böyük səs üstünlüyü əldə etməsini nəzərə alaraq Banişevskini Azərbaycan futbol tarixinin 100 illiyinin ən yaxşısı olduğunu açıqlamaq olar.
1946-cı il fevralın 23-də anadan olan Banişevski 1964-1978-ci illərdə karyerası boyu sadiq olduğu “Neftçi”nin heyətində 288 matça 121 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığmasında 50 matça 19 qol vurub.
Klubda SSRİ çempionatının bürünc (1966), yığmada Avropa çempionatının gümüş (1972) medalını qazanıb, DÇ-1966-nın yarımfinalçısı olub.
Qeyd edək ki, apasport.az-ın layihəsi olan “Əsrin yığması” qapıçı Sergey Kramarenko, müdafiəçilər Yaşar Babayev, Əsgər Abdullayev, Vladimir Bruxti, Rəşid Özbəyov, yarımmüdafiəçilər Səməd Qurbanov, İqor Ponomaryov, Nazim Süleymanov, Əli Rəhmanov, hücumçular Anatoli Banişevski və Ələkbər Məmmədovdan ibarətdir. Bu komandanın baş məşqçisi isə Əhməd Ələsgərov seçilib.
Vüqar XEYRULLAYEV

0
0