“İnter”in futbolçusu “Dinamo”ya keçdi
01.06.2011 - 12:55
“İnter”in futbolçusu “Dinamo”ya keçdi
Bakının “İnter” klubunun 3 futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanı titulsuz başa vuran komanda David Odikadze, Filip Despatovski və Kaxaber Mjavanadze ilə yollarını ayırıb.

Odikadze artıq Tbilisi “Dinamo”su ilə 3 illik müqavilə imzalayıb. Digər 2 legionerlə isə müqavilənin müddəti başa çatıb və qarşılıqlı razılıq əsasında müqavilələrin müddətinin uzadılmamağı barədə qərar qəbul olunub.