“Əl-Cəzirə”dən Azərbaycan yığmasına diqqət!
01.06.2011 - 23:01
Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində iyunun 3-də Qazaxıstanla qarşılaşacaq Azərbaycan yığmasının oyununu 3 televiziya kanalı yayımlayacaq. Apasport.az saytının xəbərinə görə, Astanadakı “Astana Arena”da baş tutacaq oyunu Qətərin “Əl-Cəzirə Sport+4”, Arena Sport 1 və “İdman Azərbaycan” kanalları efirdən tamaşaçılara çatdıracaq.
İyunun 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan-Almaniya oyununu yayımlayacaq kanallar siyahısında da dəyişiklik edilib. Belə ki, ölkəmizdə baş tutacaq matçı ARD Das Erste, Sport TV1, SuperSport 3, SuperSport Maximo kanalları yayımlayacaq.

0
0