Lənkərana bolqarıstanlı mütəxəssis gəlir
01.06.2011 - 17:30
“Qazonun vəziyyəti hazırda normaldır. Ota hər gün qulluq olunur”. Bu sözləri apasport.az saytına açıqlamasında Lənkəran şəhər mərkəzi stadionunun direktoru Höccət Hacıyev deyib.
Ölkəmizi ardıcıl ikinci mövsümdə də Avropa Liqasında təmsil etmək hüququ qazanan “Xəzər Lənkəran” ötən il olduğu kimi, yenə rəqibini doğma meydanda qəbul edəcək. Belə ki, ötən il Moldova “Olimpiya”sı ilə qarşılaşan “ağ-yaşıllar” Lənkəranda ilk beynəlxalq rəsmi oyununu keçirmişdi. Düzdür, əyalət təmsilçisinin “siftə”si uğurlu alınmamışdı. Hər iki oyunda heç-heçə edən təmsilçimiz mübarizəni ilk mərhələdəcə dayandırmalı oldu.
Bu dəfə ölkə kubokunun sahibi kimi yarışlara qatılacaq “ağ-yaşıllar” mübarizəyə ikinci mərhələdən start verəcək. Bu da iyul ayına təsadüf edəcək. Həmin ayda isə hava şəraiti ilə əlaqədar olaraq təbii ot örtüyünü qoruyub saxlamaq olduqca çətindir.
Ancaq işini düzgün quran stadion rəhbərliyi qazonun durumunu mütəxəssislərə həvalə edib. Sən demə, hər 10 gündən bir bolqarıstanlı mütəxəssislər Lənkəran səfər edir, ot örtüyünün durumu ilə tanış olurlar: “Avropa Liqasının oyunlarına qədər qazonun durumu yaxşı olacaq. Biz tez-tez bolqarıstanlı mütəxəssislər dəvət edirik, onlar qazonun durumu ilə tanış olur, məsləhətlərini verirlər. Ona görə də, qitə miqyaslı oyun zamanı hansısa problemlə qarşılaşacağımıza inanmıram”.
Çempionat oyunları zamanı arenada bəzi oturacaqlar azarkeşlər tərəfindən sındırılıb və ya yararsız hala salınıb. Stadion direktoru Avropa Liqasının oyunlarına qədər bunu yoluna qoyacaqlarına inanır: “Mövsümün bitməsini gözləyirdik. Yeni oturacaqlarımız var. Özümüz indidən quraşdırmırıq ki, istidə xarab olmasın. Ancaq rəsmi oyunlara qədər sınana və yararsız hala salınan oturacaqları yeniləri ilə əvəzləyəcəyik”.

0
0