“Mançester Yunayted”də nə baş verir?
01.06.2011 - 23:35
Bu il 19-cu İngiltərə çempionluğunu elan edən "Mançester Yunayted"də bəzi hadisələr baş verir. Apasport.az saytının xəbərinə görə, komandanın gündəmindəki məsələ isə Dimitar Berbatovun klubdan ayrılmasıdı.
Çempionlar Liqasının finalında adı iştirak ərizəsinə daxil edilməyən bolqar ulduz Aleks Ferqyussondan inciyib. Oyun zamanı arenanı tərk etmiş təcrübəli qolçu əvvəlki komandası "Tottenhem"ə qaytmağı arzulayır. Mövsümün ikinci yarısında az-az forma geyinən futbolçu yerini gənc forvard Çiçaritoya uduzmuşdu.
Bütün bunlara görə Berbatov komandada qalmaq istəmir. Lakin London klubu Berbatovu geri almağa elə də isti baxmır. Buna baxmayaraq, Ferqyussonun "Tottenhem"in yarımmüdafiəçisi Luka Modriçi istəməsi bu transferi mümkün edə bilər. İngiltərə mətbuatı "MY" və "Tottenhem"in Berbatov - Modriç dəyişikliyinə gedə biləcəyini yazıb.
Qeyd edək ki, 2008-ci ildə manikunianlara keçmiş Berbatov cari mövsüm 21 qolla premyer-liqada bombardir olub.

0
0