Yenə sonuncu pillədə - YENİLƏNİB
03.06.2011 - 18:53
Yenə sonuncu pillədə - YENİLƏNİB
Bu gün Avro-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, keçirdiyi ilk 4 matçda cəmi 1 qələbə qazanan Azərbaycan millisi 5-ci oyununa çıxıb.

Berti Foqtsun yetirmələri qrupda qabaqladığımız yeganə komanda olan Qazaxıstana da uduzub. Millimiz səfərdə keçirdiyi 4-cü görüşdə də meydanı xalsız tərk etməklə, Qazaxıstanın sevinməsinə səbəbkar olub. Belə ki, bütün oyunlarında uduzan rəqibimiz bu görüşədək heç qol da vura bilməmişdi.

Bu məğlubiyyətdən sonra yığmamız sonuncu piləyə düşüb. Belə ki, yarışın əsasnaməsinə görə şəxsi oyunda millimizi üstələyən Qazaxıstan 5-ci pilləni də əlimizdən alıb.

A qrupu
3 iyun


QAZAXISTAN - AZƏRBAYCAN - 2:1
QOLLAR: Qridin, 58,68 - Vüqar Nadirov, 63
Baş hakim: Euan Norris
Astana. “Astana Arena” stadionu

QAZAXISTAN: 12. Roman Sidorenko, 4. Muxtar Muxtarov, 8. Samat Smakov, 3. Yuri Loqvinenko, 7. Kazbek Geteriyev, 6. Kayrat Nurdauletov (k), 11. Ulan Konısbayev, 9. Haynrix Şmidtqal, 10. Marat Xayrullin, 17. Sergey Qridin, 20. Sergey Ostapenko

Ehtiyat oyunçular: 1. Andrey Sidelnikov, 2. Aleksandr Kirov, 13. Serikjan Mujikov, 15. Jambıl Kukeyev, 16. Maxat Bayjanov, 19. Sergey Xijniçenko, 21. Mixail Rojikov

AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 14. Rəşad Sadıqov (k), 21. Vladimir Levin, 18. Maksim Medvedev,, 15. Ruslan Abışov, 6. Rəşad Sadiqov, 22. Əfran İsmayılov, 16. Cavid Hüseynov, 7. Vaqif Cavadov, 21. Rauf Əliyev

Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 4. Ruslan Əmircanov, 8. Aleksandr Çertoqanov, 9. Murad Hüseynov,13. Vurgun Hüseynov, 17. Vüqar Nadirov, 19. Rahid Əmirquliyev

Oyun öncəsi məşqə ilk olaraq bizimkilər çıxdı. Ancaq bunlar yalnız qapıçılarımız Kamran Ağayevlə Fərhad Vəliyev və onlarla çalışan qapıçılarla işləyən məşqçilər - almaniyalı Uli Ştaynla Faiq Əzizov oldu. Qapıçılarımız isinmə hərəkətləri edirlər. Digər futbolçularımız da meydana çıxsa da, qazaxlardan hələ səs-soraq yoxdur.

Astanada havanın tez-tez dəyişməsi yenə özünü göstərir. Artıq yağış yağmaya başlayır. Oyuna vaxt az qalsa da, tribunalarda azsaylı azarkeşlər olduğundan,stadion demək olar boşdur.

Foqts qapıçılar Aqil Məmmədovla Andrey Popoviç, müdafiəçilər Elnur Allahverdiyevlə Saşa Yunisoğlu, yarımmüdafiəçilər Elnur Abdullayevlə Arif İsayevin adını prokokola daxil etməyib.

Oyun başladı.

Görüşün ilk 5 dəqiqəsində qapılara zərbə yoxdu.

6. Qazaxıstanlıların təhlükəli cərimə zərbəsindən sonra top qapının üstündən keçdi.

12. Kamran Ağayev topu irəli vurarkən sürüşdü və rəqib əlinə düşən imkandan yararlanmağa yaxın oldu.

13. Meydan sahiblərinin hücumu zamanı top futbolçumuzun əlinə toxundu.

25. qapımız ağzında ilk ciddi təhlükə. Amma Geteriyevin ötürməsindən sonra Qridinin zərbəsi dəqiq olmadı.

28. Künc zərbəsindən sonra ağayev çıxışda səhv etsə də qridinin baş zərbəsi hədəfə düşmədi.

30. Cavadovun künc zərbəsindən qapıya ünvanladığı topu qapıçı çətinliklə uzaqlaşdırdı.

31. Rauf Əliyev 100 fazilik imkanı əldən verdi.O müdafiəçilərin səhvindən yararlana bilmədi.

33. Əfranın qapı ağzına ötürməsindən sonra Cavadov topa çatmadı.

40. Ostapenkonun ötyürməsindən sonra qapımız ağzında təhlükəli epizod yarana bilərdi. Lakin oyundankənar vəziyyətdə olduğunu zənn edən qazaxıstanlı ötürmənin arxasınca qaçmadı.

Birinci hissəyə 1 dəqiqə əlavə olundu

Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollandı.

53.Qazaxıstanın ən təhlükəli qol vəziyyəti.Konısbayev dəqiq zərbə vura bilmədi

58. Sol cinahdan ötürmədən sonra Qridin hesabı açdı.

61. Foqts hücumu gücləndirmək üçün Cavid Hüseynovu Vüqar Nadirovla əvəzlədi.

63. Foqtsun əvəzetməsi özünü doğrultdu. Cərimə meydanında topa sahib olan Nadirov qapıçını da aldadıb qarşısında qalan müdafiəçinin yanından dəqiq zərbə vurdu.

65. Oyuna fəal adxil olan Vüqarın cinahdan ötürməsindən sonra rəqib qapısına təhlükəli zərbə vurduq. Lakin dəqiqlik yetmədi.

65. Qazaxıstanlıların heyətində dəyişiklik edildi: Rojkov Loqvinenkonu əvəzlədi.

68. Kamranla təkbətək çıxan Qridin komandasını yenə irəli çıxardı.

77. Əfrana qarşı kobudluq edən Şmidtqal matçda ilk sarı vərəqənin sahibi oldu.

79 İkinci hissədə passiv olan Rauf Əliyev Murad Hüseynovla əvəzləndi

79.Meydan sahiblərinin heyətində Xijniçenko Ostapenkonu əvələdi.

80. Əfarnın zərbəsindən sonra Smakov topu boş qapıdan çıxardı.

83. Əfran əlvərişli imkan əldə etsə də qapının üstündən vurdu.

88. Qridinin het-trik etməsinə Kamran mane oldu. O rəqibin yaxın məsafədən zərbəsini dəf etdi.

İkinci hissəyə 4 dəqiqə əlavə olundu

Oyun başa çatdı

1
Almaniya
5
5
0
0
17-1
15
2
Belçika
6
3
1
2
14-9
10
3
Türkiyə
5
3
0
2
8-6
9
4
Avstriya
5
2
1
2
9-8
7
5
Qazaxistan
6
1
0
5
2-15
3
6
Azərbaycan
5
1
0
4
4-15
3