Rövnəq Abdullayev Astanaya getdi
03.06.2011 - 12:01
Rövnəq Abdullayev Astanaya getdi
AFFA-nın prezidenti Rövnəq Abdullayev Qazaxıstana gedib. Apasport.az saytının məlumatına görə, assosiasiya rəhbərinin səfərində məqsəd Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Qazaxıstan - Azərbaycan matçını izləməkdir. Abdullayev Astananın “Astana Arena” stadionundakı qarşılaşmanı canlı izləyəcək.

Qeyd edək ki, Astanadakı matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.