Aslan Kərimov milli komandaya məşqçi kimi qayıdır
03.06.2011 - 12:38
“Karyeramı bitirəcəyimi əvvəlcədən demişdim. Bundan sonra özümü məşqçi kimi sınayacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun sabiq futbolçusu Aslan Kərimov deyib.
Son mövsümü əsasən ehtiyat oyunçular skamyasında keçirən Kərimov çempionatın gedişi zamanı yayda karyerasını başa vuracağını demişdi. Artıq 38 yaşı olan futbolçu bundan sonra məşqçi kimi fəaliyyət göstərmək niyyətindədir.
“Qarabağ”ın sabiq kapitanı ilkin təklif də alıb: “Sözün açığı, “Qarabağ”da qalmağımla bağlı hansısa təklif olmayıb. Ancaq məşqçi kimi çalışmağım üçün ilkin təklif almışam. Belə ki, U-15 və U-16 yığmamızın baş məşqçisi Nikolay Adam məni köməkçisi kimi görmək istəyir”.
Təklifin tarixçəsi barədə də danışan Aslan müqavilə imzalamağı gözləyir: “Məşqçi kurslarında Adam köməkçi-məşqçi kimi çalışmağımı təklif etdi. Əlbəttə, mən də razılıq verdim. İndi müqavilə imzalamaq üçün AFFA-nın təklifini gözləyirəm”.
Amma əksəriyyət Aslanın karyerasını bitirdikdən sonra “Qarabağ”da çalışacağını gözləyirdi. Uzun müddət Ağdam təmsilçisinin formasını geyinən və komandanın uğur qazanması üçün çalışan yarımmüdafiəçiyə bu cür münasibəti anlamaq mümkün deyil. Ancaq Kərimov hazırkı vəziyyətdə buna görə heç kimdən inciməyib: “İnciklik qalmayıb. Bu gün komandada 7-8 məşqçi var. Məşqçilər komandası olası deyil ki... Mövsüm bitdikdən sonra baş məşqçi Qurban Qurbanovla, eləcə də klubun direktoru Əmrah Çəlikəllə vidalaşdım. Onlar tərəfindən qalıb məşqçi kimi çalışmağım barədə heç bir təklif olmadı”.

0
0