Filip Lam: Azərbaycan yığmasını udmaq asan olmayacaq
03.06.2011 - 13:19
Almaniya millisinin futbolçusu Filip Lam Avro-2012-nin qarşıdakı seçmə oyunları ərəfəsində FİFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, Bundestimin kapitanı bu gün Avstriya, 4 gün sonra isə Azərbaycanla səfərdə keçiriləcək görüşlər haqda fikirlərini açıqlayıb.
Lam yığmamızın “sükanı arxasında” həmyerlisi Berti Foqtsun durmasının matça əlavə prinsipiallıq gətirdiyini deyib: “Qarşı tərəfdə alman məşqçi varsa, bu, həmişə xüsusi əhəmiyyət kəsb edir. Biz bu matçda 3 xal qazanmalıyıq. Lakin bu, asan olmayacaq. Hələ ötən seçmə mərhələdə də bu komandanı udmaq çətinliklə başa gəlmişdi”.

0
0