Mirbağır İsayev seçimini edib
03.06.2011 - 13:47
“Yeni mövsümdə komandamızın Sumqayıtı təmsil edəcəyi ilə bağlı mən də mətbuatdan oxumuşam. Bu, klub rəhbərliyinin səlahiyyətinə daxil olan məsələ olduğu üçün mən heç nə deyə bilmərəm”. Bunu apasport.az saytına açıqlamasında “Abşeron”un baş məşqçisi Mirbağır İsayev deyib.
Premyer Liqanın debütantı olan “Abşeron”un növbəti çempionatda Sumqayıtı təmsil edəcəyi, ev oyunlarını da adıçəkilən şəhərdə keçirəcəyi deyilir. Ancaq hələlik bu xəbəri klub rəsmiləri tərəfindən təsdiqləyən yoxdur.
İsayev isə komandanın hazırlığı ilə bağlı suallara cavab verəcəyini deyib. I divizionda olduğu kimi, yüksək dəstədə də İsayev yenə gənclərə güvənəcəyini vurğulayıb: “İyunun 7-də klubdaxili iclas olacaq və hesabat verəcəm. Premyer Liqaya vəsiqəni vaxtından ay yarım əvvəldən təmin etdik. Baş məşqçi kimi, kimlərlə çalışacağımı artıq müəyyənləşdirmişəm. Üstünlüyü yenə cavanlara verəcəyik. Klub rəhbərliyinə həmin futbolçuların siyahısını təqdim edəcəm və danışıqlar aparılacaq”.
Yeri gəlmişkən, gənc futbolçularla aşağı dəstədə uğur qazanmasına baxmayaraq, klub rəhbərliyi elitada legionerlərin də komandaya cəlb edilməsinin tərəfdarıdır. Məhz buna görə də baş məşqçi ilə fikir ayrılığının yarandığı söylənilir. Lakin İsayev belə bir faktın olmadığını deyib: “Rəhbərlik tərəfindən komandaya legionerlə götürməyimlə bağlı hansısa təzyiqlə üzləşməmişəm”.

0
0