Arda Turan “Atletiko”ya lazım olmadı
03.06.2011 - 14:34
Arda Turan “Atletiko”ya lazım olmadı
Madrid “Atletiko”su Türkiyə milli komandasının yarımmüdafiəçisi Arda Turanı almaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, ispanlar “Qalatasaray”lı futbolçu ilə prinsipcə anlaşsalar da, sonradan fikirlərini dəyişiblər.

Buna səbəb azarkeşlərin klub prezidentindən başqa futbolçunu istəməsi olub. Ardınca isə Aqueranın da “Atletiko”dan getməsi komanda rəhbərliyinin “Portu”da çıxış edən Falkauya elçi düşməsi ilə nəticələnib.

Qeyd edək ki, Ardanın Avro-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq Belçika – Qazaxıstan görüşündən sonra qərarını açıqlayacağı gözlənilir.