AFFA dünya çempionatının emblemini təqdim edəcək
03.06.2011 - 16:54
AFFA dünya çempionatının emblemini təqdim edəcək
17 yaşadək qızlar arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatının FİFA tərəfindən təsdiqlənmiş emblemi təqdim olunacaq. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkil edəcəyi mərasimdə FİFA prezidenti Yozef Blatter və UEFA-nın rəhbəri Mişel Platini də iştirak edəcəklər. Bu təqdimat iyunun 6-da təşkil olunacaq Azərbaycan futbolunun 100 illiyi ilə bağlı tədbir çərçivəsində keçiriləcək. “Buta Palace”də keçiriləcək bu tədbir saat 19:30-da başlayacaq.

Qeyd edək ki, rəsmi loqotipdən fərqli yarışın talismanı ilə bağlı məsələyə hələ də nə vaxt aydınlıq gələcəyi bilinmir. Lakin 16 komandanın qatılacağı yarışın talismanı olmağa 1 nömrəli namizəd apasport.az-ın təklif etdiyi Tıq-Tıq xanımdır.