“Neftçi”dən başqa...
03.06.2011 - 23:20
Sonuncu mövsümün başa çatmasından 11 gün keçsə də, iddialı klubların əksəriyyəti alış-veriş məsələsində fəallıq göstərməkdədi. Xüsusən də geridə qoyduğumuz müddətdə elita təmsilçilərinin düşərgələrində "yarpaq tökümü" yaşanmaqdadı.
Bu mənada mövsümü uğursuz şəkildə nöqtələyən "Bakı" və "İnter"i ön plana çəkmək olar. Avroliqanın qrup mərhələsinə düşməyi hədəfləyən "Xəzər-Lənkəran" və növbəti mövsüm mükafatlar uğrunda mübarizə aparmağı düşünən "Qəbələ" də "qan dəyişikliyi"nə ehtiyac duyanlar sırasındadı. Tarixində ikinci dəfə Avroliqaya vəsiqə qazanan AZAL da güclənmək barədə düşünür. Çempion "Neftçi" isə hələ gözləmə mövqeyi seçib.
Neftçi. Premyer Liqanı zirvədə tamamlayan "ağ-qaralar" hələ ki, ən az "yarpaq tökümü"nə məruz qalan kollektivdi. Baş məşqçi Arif Əsədov mövsümün bitimində 2 futbolçuya ehtiyac duymadığını açıqladı. Bunlar litvalı qapıçı Paulius Qribauskas və fransalı yarımmüdafiəçi Yasin Himadı.
Geridə qalan müddətdə heç bir yeni oyunçu ilə anlaşmayan "Neftçi" 2 futbolçusu ilə müqaviləni uzadıb. Özü də onların hər ikisi hücumçudu. Paytaxt klubu Flavinyonun başa çatan müqaviləsini uzatdığı halda, icarə əsasında ölkəmizdə çıxış edən Bahodir Nasimovun transfer hüququnu "Rubin"dən aldı.
Xəzər-Lənkəran. 2010/11 mövsümündə ölkə kubokunu və çempionatın gümüş medalını qazanan "ağ-yaşıllar" istirahətə yollanmamışdan öncə 8 futbolçusu ilə vidalaşdılar. Müqaviləsinin müddəti bitən rumıniyalı oyunçular - Nikulae Muşat, Kosmin Frasinesku, Hristu Kyaku və portuqaliyalı Simao Bruno bundan sonra "Xəzər-Lənkəran"a kömək etməyəcəklər. Daha 4 oyunçu - Yevegeni Kopil, İbrahima Banqura, Elvin Beqiri və Stelian Stanku isə transferə çıxarılıb.
Yeri gəlmişkən, "Xəzər-Lənkəran" artıq mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. "Ağ-yaşıllar" "Turan"ın qapıçısı Kamal Bayramovla ikiillik müqavilə imzalayıb.
Qarabağ. Artıq 3 mövsümdü sabit çıxış edən "Qarabağ" ilk dəfə olaraq, birdən-birə 7 oyunçusu ilə vidalaşdı. Bunlardan 5-i klubla müqaviləsi başa çatanlar - Sahil Kərimov, Rəşad Kərimov, Aftandil Hacıyev, Ayxan Abbasov və Devran Ayhandı. Ağdam klubu ilə birillik müqaviləsi olan Samir Abasov isə transferə çıxarılıb. Müqaviləsinin müddəti başa çatan Elvin Məmmədov öz istəyi ilə "Bakı"ya transfer olundusa, Aslan Kərimov karyerasını bitirdi.
"Qarabağ" fasiləyə müqaviləsinin müddəti başa çatan bəzi futbolçularla yenidən əl sıxışmaqla yollandı. Belə ki, legionerlər - Admir Teli və Georgi Adamiya, yerli oyunçulardan isə Vüqar Nadirov, Namiq Yusifov, Zaur Həşimov və İlqar Qurbanovla yeni sözləşmə imzalandı.
AZAL. Ölkəmizi Avroliqada təmsil edəcək AZAL-da "təmizləmə işləri" aparıldı. "Təyyarəçilər" müqavilələrinin müddəti başa çatan litvalı Qvidas Yuşka, albaniyalı Eleandro Pema və serbiyalı Draqan Mandiç, serbiyalı Marko Bunyevçeviç, yerli futbolçular - Tərlan Xəlilov və Elşən Poladovla vidalaşdı. Gürcü Nuqzar Kvirtiyanın da anlaşmasının müddəti qurtarıb. Onunla yeni müqavilə ilə bağlı hələlik ikitərəfli razılıq yoxdu.
Baş məşqçi Hazim Süleymanov və rəhbərliklə yola getmədiyi üçün AZAL-da qalmaq istəməyən Elvin Əliyev isə transferə çıxarılıb. "Təyyarəçilər" müdafiəçiyə 100 min dollar qiymət qoyub. Onun "Bakı"ya keçəcəyi gözlənilir. Sözləşməsinin müddəti bitən kapitan Aqil Həbiyevlə anlaşan AZAL qısa müddət ərzində 2 yerli futbolçu ilə də anlaşıb. Bunlar "Muğan"dan ayrılan Amil Ağacanovla Elşən Məmmədovdu.
İnter. Mövsümü uğursuz şəkildə nöqtələyən və avrokubokdan kənar qalan "bankirlər" bir sıra əsas heyət üzvləri ilə yollarını ayırdılar. Baş məşqçi Kaxaber Sxadadze bugünə kimi 10 oyunçuya qapını göstərib. Əvvəlcə həmyerliləri Kaxaber Mjavanadze, David Odikadze və makedoniyalı Filip Despotovski ilə vidalaşan Tsxadadze daha sonra daha 7 oyunçunu "qara siyahı"sına saldı. O, cari mövsümdə icarə əsasında "Simurq"da çıxış edən Tofiq Mikayılov, Səbuhi İsmayılov, Camal Məmmədov, Jivko Jelev və Mario Souzaya bundan sonra ehtiyac duymadığını açıqladı. Hərbi xidmətə yollanan və MOİK-də çıxış edən Nizami Hacıyevin də "İnter"dəki günlərinə son verildi. "İnter" həmçinin uzun müddət komandanın şərəfini qoruyan və kapitan sarğısını daşıyan Bronislav Çervenkanı da yola saldı.
Əslində, göndərilənlərin sayı 11 ola bilərdi. Lakin baş məşqçi Robertas Poşkusun formasından narazı olsa da, onu qova bilmir. Çünki litvalı forvardın "İnter"lə hələ birillik müqaviləsi var və qovulacağı təqdirdə paytaxt klubu ona böyük məbləğdə təzminat ödəməli olacaq.
"İnter"lə sözləşməsinin müddəti başa çatan Rövşən Əmiraslanov isə necə deyərlər, yerlə göy arasında qalıb. Futbolçunun xidmətində başqa klublar maraqlı olsa da, o, hələlik "İnter"dən yeni təklif gözləyir.
Bakı. Öz komandasının qurmağı düşünən baş məşqçi Aleksandr Starkov da "qabıqdəyişmə" prosesinə start verib. Daha doğrusu, "zolaqlılar" mövsüm başa çatdıqdan sonra heyətdə yer alan futbolçuların əksəriyyəti ilə vidalaşdı. "Təmizləmə əməliyyatı"nın birinci dalğası 8 futbolçunu vurdu. Latviyalı mütəxəssis öncədən göndəriləcəyi bəlli olan bosniyalı hücumçu Saşa Kaykutun ardından daha 7 futbolçuya qapını göstərdi. Bunlar yerli futbolçulardan müdafiəçi Rafael Əmirbəyov, yarımmüdafiəçi Mahmud Qurbanov, eləcə də fransalı müdafiəçi Stefan Borbikoni, ukraynalı yarımmüdafiəçi Ruslan Leviqa, mərakeşli yarımmüdafiəçi Adnan Bərəkət, braziliyalı yarımmüdafiəçi Junior Osvaldo və moldovalı hücumçu Vyaçeslav Sofronidi. Onların hamısı ilə başa çatan müqavilənin müddəti uzadılmadı.
Bir müddət keçdikdən sonra isə daha 4 futbolçunun adı "qara siyahı"ya düşdü. Baş məşqçinin istəyi ilə yığmamızın üzvü Vaqif Cavadov, braziliyalı hücumçular Jaba və Leandro Roşa, həmçinin bolqarıstanlı müdafiəçi Radomir Todorov komandadan kənarlaşdırıldı. Onların da müddəti başa çatan sözləşmələri yenilənmədi.
Bugünə kimi 12 üzvü ilə vidalaşan "Bakı" yalnız bir oyunçu ilə güclənib. "Zolaqlılar" "Qarabağ"dan ayrılan Elvin Məmmədovu rənglərinə qatıblar. Lakin hələ onunla da müqavilə rəsmiləşməyib.
Qəbələ. Növbəti mövsümdə mükafatlar uğrunda mübarizə aparmağı hədəfləyən "Qəbələ"də "yarpaq tökümü" müşahidə olunmaqdadı. Daha sanballı komanda qurmağa qərar verən baş məşqçi Toni Adams mövsümə yekun vurulduqdan sonra həmyerlilərimiz Ramin Quliyev və Namiq Əliyevlə vidalaşmağı lazım bildi. Branimir Subaşiç isə əyalətdən oynamaq istəmədiyindən "Qəbələ"dən ayrıldı. Legionerlər Milan Antiç, Razvan Tarlea, Qoqa Beraya, Bruno dos Anjos, Kristian Torres, Terri Kuk və Alhassan Banqura da növbəti mövsümdə ingiltərəli mütəxəssisin sərəncamında olmayacaqlar.
10 futbolçusun yola salan "Qəbələ" geridə qalan günlər ərzində 3 futbolçunu heyətinə qatıb. Bunlar millimizin üzvləri - Mahir Şükürovla Vurğun Hüseynov və portuqaliyalı Daniel Lopes Kruzdu. Anar Nəzirov, Elnar Kərimov və Deon Barton isə sözləşməsinin müddəti uzadılan futbolçulardı.
ŞAMO

0
0