Kayrat Nurdauletov: İlk 10 dəqiqədən sonra qələbəyə inanırdıq
04.06.2011 - 09:37
“Artıq oyunun ilk 10 dəqiqəsindən sonra qələbəyə inandım. Əvvəl isə hamımız həyəcanlanırdıq, heç nə də alınmırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan milli komandasının kapitanı Kayrat Nurdauletov deyib.
O, Avro-2012-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunundakı qələbə (2:1) haqda təəssüratlarını açıqlayıb: “Görünürdü ki, oyuna dəlicəsinə köklənmişik. İlk hissədəki səhv Nesterenkonun günahı deyil, oyunçularımızın anlaşılmazlığı idi. Ən yaxşımız isə Qridin idi. Heç kim ondan 2 qol gözləmirdi. Ən əsası isə canımızı qoyduq. Azarkeşlərə də dəstək üçün təşəkkür edirik”.

0
0