“Oyundan sonra nişanlımın da zənglərinə cavab vermədim”
04.06.2011 - 10:03
“Mən sadəcə olaraq öz işimi gördüm. Yığmamız da bunu etdi. Əhvalımız da əladır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan milli komandasının futbolçusu Sergey Qridin deyib.
Avro-2012-nin seçmə mərhələsinin Astanadakı oyununda Azərbaycan yığmasının qənimi kimi 2 qol vuran hücumçu 2:1 hesablı qələbədəki rolundan danışıb: “Baş məşqçimiz Miroslav Beranekin etimadını doğrultduğum üçün çox şadam. Nahar zamanı o, mənə dedi ki, start heyətdə yer alacağam. Əlbəttə ki, bu, gözlənilməzlik idi. Futbolçu həmişə ümid edir ki, heyətdə yer alacaq. Beranek mənə dedi ki, meydana çıxıb öz işimi görüm. Düzdür, mənə “Tobol”dakından fərqli iş görmək tapşırılmışdı: hava mübarizələri, pressinq, ötürmə etmək. Qələbəmizi bütün Qazaxıstana həsr edirəm. Nə nişanlım. Nə də başqaları ilə hələ danışmamışam. Yəqin ki, hamısı zəng ediblər. Lakin telefonumu oyuna gətirmədiyimdən heç birinin zənglərinə cavab verə vilmədim”.

0
0