“Onlar 2 hücumçu ilə oynayacağımızı gözləmədiyindən problem yaşadı”
04.06.2011 - 10:45
“Onlar 2 hücumçu ilə oynayacağımızı gözləmədiyindən problem yaşadı”
“Qələbəmizin sirri baş məşqçimiz Miroslav Beranekin tapşırıqlarına uyğun oynamağımızdır. Hücum xəttində Sergey Qridinlə gözəl anlaşırdıq. Bəzi epizodlarda yubansaq da hər şey əla idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan milli komandasının futbolçusu Sergey Ostapenko deyib.

Təcrübəli hücumçu Avro-2012-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunundakı 2:1 hesablı qələbəni baş məşqçinin daha düzgün taktika seçməsi ilə əsaslandırıb: “Azərbaycan milli komandasının təcrübəli, ustalıq səviyyəsi yüksək olan müdafiəçilərini taktikamızla çaş-baş salmışdıq. Onlar bizim 2 hücumçu ilə oynayacağımızı gözləmirdi. Bu üzdən də onların problemləri yarandı”.