“17”nin sirri
04.06.2011 - 11:59
“17”nin sirri
Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstan – Azərbaycan oyunu “17” nömrələrin uğuru ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qarşılaşmada vurulan bütün qolları 17 nömrəli forma ilə çıxış edənlər vurublar. Meydan sahiblərinin hücumçusu Sergey Qridin 2 dəfə fərqlənibsə, komandamızın qoluna imza atan Vüqar Nadirov 1 dəfə rəqib qapısına yol tapıb. Onların hər ikisi isə “17”ni daşıyırdı. Maraqlıdır , görəsən komandamızda bir deyil, bir neçə futbolçu eyni nömrə ilə çıxış edə bilsəydi “17-lər” məğlubiyyətdən qaçmağımıza köməık edəcəkdi?