Əvvəl Andorra, sonra Azərbaycan
04.06.2011 - 12:24
Əvvəl Andorra, sonra Azərbaycan
Avro-2012-nin seçmə mərhələsinin Azərbaycanla oyununda qələbə qazanan Qazaxıstan yığması seçmə mərhələlərdəki 7 oyunluq məğlubiyyət seriyasına son qoyub. Apasport.az saytının məlumatına görə, milli komandamızla görüşədək asiyalılar Avro-2012-nin 5, DÇ-2010-un seçmə mərhələsinin isə son 2 matçında uduzmuşdu. Bu matçlarda 1 qol vuran qazaxıstanlılar 20 dəfə topu qapılarında görmüşdü. Onların uduzmadığı son oyun 2009-cu il sentyabrın 9-da gerçəkləşib. Həmin vaxt asiyalılar səfərdə Andorranı 3:1 hesabı ilə udub. Qazaxlar son 7 ev oyununda da məğlub olmuşdu. Bunların 3-ü Avro-2012, 4-ü DÇ-2010-nun seçmə mərhələlərində qeydə alınıb. Son ev xalı isə 2008-ci ilin avqustun 20-də Andorra ilə matça təsadüf edib. Həmin vaxt asiyalılar böyük hesabla – 3:0 qalib gəlib.