“Bakı”nın rəqibləri məlumdur
04.06.2011 - 13:21
“Bakı” klubunun yeni mövsümə hazırlıq planı məlum olub. Bunu apasport.az saytına komandanın baş məşqçisi Aleksandr Starkov deyib. Latviyalı mütəxəssis bildirib ki, paytaxtın eyni adlı təmsilçisi son illər olduğu kimi yenə Sloveniyaya yollanacaq: “Bizim bir firma ilə əlaqələrimiz var. Menecerimiz artıq Sloveniyada qalacağımız oteli seçib. Orada 2 toplanış keçirəcəyik. Yoxlama oyunlarındakı rəqiblərimiz də məlumdur. Lakin bunu açıqlamayacağam”.
0
0