Foqtsun mətbuat konfransının vaxtı dəyişdirildi
04.06.2011 - 12:40
Foqtsun mətbuat konfransının vaxtı dəyişdirildi
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun iyunun 5-də, saat 20:00-da “Aeroport otel”də keçirilməsi nəzərdə tutulan mətbuat konfransının vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, mətbuat konfransı iyunun 5-də, saat 12:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Xatırladaq ki, həmin gün saat 10:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda millinin mətbuat üçün açıq məşqi olacaq.

Mənbə: affa.az