Starkov: Bəzi oyunçulardan qurtulmaqla artıq güclənmişik
04.06.2011 - 14:10
“Bakı” klubunun və Latviya yığmasının baş məşqçisi Aleksandr Starkovun apasport.az saytına müsahibəsi
- “Bakı”dakı uğursuz mövsümdən sonra yığmaya necə kökləndiniz?
- Bunlar fərqli kollektivlər, işlərdir. Elə mən də futbolçuların klublardan yığmaya keçidində olduğu kimi kökləndim. Kimsə pis əhval-ruhiyyədə gələ bilər. Əsas məsələ də onların hamısını eyni səviyyəyə gətirmək və düzgün istiqamətdə yönləndirməkdir. Birada hamı klubdakı problemləri unudub. Bu gün yalnız yığma üçün oynayırıq.
- Riqaya qayıdanda sizdən Azərbaycandakı uğursuzluq haqda çox soruşublar?
- Prinsipcə hər məlumatı bilsələr də, yenə maraqlanırlar. Hər söz, məlumat KİV hesabına tez yayılır. “İşləriniz orada necə gedir” tipli suallar təbii ki, yoxdur. Çünki hamısı bundan xəbərdardır. Ayrı məsələ ki, bunun qiymətləndirilməsi haqda danışasan. Belə söhbətim də hələ olmayıb. Çünki indi yığmanı düşünürəm. Kəsəsi, məşqçini kluba problem olanda çağırırlar. Bəzən bunun həlli tez olur, əksər hallarda isə belə olmur. Məşqçi futbolçu deyil. O, öz baxışı, öz tapşırıqları ilə gəlir.Bu üzdən də uzunmüddətli qurucu işləri normaldır. Bizdə də belə proses gedir.
- Problemlərinizin təkcə oyun deyil, həm də işə yanaşma planında olduğunu demisiz. Nəyi nəzərdə tuturduz?
- Bu komanda daxili şey olduğundan hamısını deyə bilmərəm. Kənar şəxslər bunu bilməməli, işimizə qarışmamalıdır. Komanda isə yumruq kimi birləşməlidir. Kimsə işinə və yoldaşlarının işinə peşəkarca yanaşmırsa bu mənfi reaksiya doğurur.
- İmtina etdiyiniz futbolçuların səviyyəsi sizi qane etmədi, yoxsa sisteminizə uyğun gəlmədilər?
- Təfərrüatlarını açıqlamayacağam, müxtəlif səbəblər oldu. Birisi bu səviyyəyə uyğundur, lakin mənim üçün bu azdır. Mahmud Qurbanov isə ayrı məsələ. O, əsl peşəkardır. Güclü, taktikalı futbolçudur. Onunla ayrılmağa da təəssüfləndim. Amma islahatlar zəruri idi. Onunla xoşluqla ayrıldıq, aramızda hörmət qaldı.
- Hələ qışda ayrılmaq istədiyiniz Jaba və Roşa ilə nəhayət ki, ayrıldınız. Yollarınızın o vaxt ayrılmadığına təəssüflənmirsiniz?
- Keçənə güzəşt deyərlər. Məsuliyyəti üzərimə götürürəm. Mən onlara şans verdim. Lakin onlarla da, başqaları ilə də mükafat qazana bilmədik. Buna görə də onlar da islahatlara düşdü. Bəzən belə gedişlər müsbət də nəticələnir.
- Elvin Məmmədovun keçidini necə dəyərləndirirsiniz?
- Mən yalnız onun komandamıza keçdiyini eşitmişəm. Heyətdə səviyyəli oyunçuların olması zəruridir. Elvin isə milli komandanın üzvüdür.
- Bizə 1 sirr açın da. “Bakı” kimlərlə güclənə bilər? Gözaltınız olmamış olmaz...
- Keçidləri həll olunmamış açıqlama verə bilmərəm. Bizə 2 hücumçu, cinah yarımmüdafiəçiləri və mərkəz müdafiəçisi lazımdır. Variantlarımız var və danışıqlar gedir. Bəzi məsələləri yoluna qoymalıyıq.
- Latviya yığmasının üzvlərindən kimisə çağıra bilərsiniz?
- Mümkündür. Həmçinin digər yığma oyunçuları və azərbaycanlı oyunçular da cəlb edə bilərik.
- Lakin ən yaxşılar “Qarabağ”dadır...
- İstənilən halda həm onlar, həm də “İnter”lə razılıq əldə etmək olar.
- Vaqif Cavadovla yollarınızı ayırdınız?
- Onun məsələsinə hələ aydınlıq gəlməyib. İvarə müddəti başa çatıb. Özü isə yığmanın oyunlarından sonra qərar verəcək.
- O, sizi qane edir?
- Belə deyərdim ki. Vaqif böyük potensiala malik futbolçudur. Lakin yarım ildə nə məni, nə də özünü qane etməyib. Heç də ən yaxşı mövsümünü keçirməyib və cəmi 1 qol vurub.
- Heyəti neçə oyunçu ilə gücləndirəcəksiniz?
- 4-5 yerimiz var. Bu, zəruridir. Düşünürəm ki, bəzi oyunçulardan qurtulmaqla artıq güclənmişik. Çünki lazım olandan çox futbolçumuz var idi.
- Hazırlıq planı baxımından avrokuboklıarda oynamamağınızı müsbət rol oynayır?
- Buna çox təəssüflənirəm. Çünki avrokuboklar komandanı birləşdirib mövsümə kökləyir.
- Rəhbərlik nəticələri necə qəbul etdi?
- Onlar bunda mübət məqam tapdılar. Nəhayət ki, mövsümə tələsmədən hazırlaşacağıq. Transferləri də qaçaqaçla etməyəcəyik. Lakin seleksiya işi istənilən halda səhvsiz ola bilməz.
- Premyer Liqamızdan yığmaya çağırdığınız Andrey Rubinlə Ritus Krjauklis haqda nə deyə bilərsiniz?
- Rubin “Qarabağ”da uzun müddət oynamayıb. Onun komandasında güclü rəqabət var. Ritusun səviyyəsi AZAL-da daha da yüksəlib. O, artıq yığmanın əsas heyət oyunçusudur.
- Bəs Girts Karlson?
- O, müəyyən avxt oynamayıb. Yeni kadrlarımız yetişir, 2-3 hücumçunu dəyişməliyik. Girts 2 seçmə mərhələdə əsas hücumçumuz olub. Ona təşəkkür edirik.
- Azərbaycan kubokunun finalında vurduğu qoldan sonra yığmaya çağırmaq fikrinə düşmədiniz?
- Yox. Mən artıq oyunçuları çağırmışdım.
- Azərbaycan və Latviya futbolunun gənc yetirmələrini müqayisə edə bilərsiniz?
- Bizdə gənclər özünü daha sərbəst aparır, sizdə böyüyə hörmət daha çoxdur. Bu müsbət məqam tərbiyədən yaranıb. Latviya da isə hamı bərabərdir. Təbii ki, gənc futbolçu gəlib mənim yanağımı darta bilməz. Lakin rahatca mənə yaxınlaşıb söhbət edə bilər. Bu fərq ilk baxışdan diqqət çəkir.
- Bu meydanda da əks olunur?
- Yox, mən şəxsi keyfiyyətlərdən danışdım. Futbolçu kimi latviyalılar daha atletikdir, həmişə də belə olub. Azərbaycanlılar isə texnikası ilə, gözlənilməzliyi ilə seçilir. Latışı özündən çıxara bilməzsiniz. Lakin azərbaycanlını qızışdırmaq asandır. Bu, bəzən müsbət, bəzən mənfi rol oynayır.
- Siz soyuqqanlı insansınız. Bu, 2 işdə çalışmağınıza kömək edir?
- Çalışıram ki, malı mala qatmayım. Lakin heç də həmişə alınmır. Bu məsələdə təcrübəm də var. 15 il ərzində eyni vaxtda 2 yerdə çalışmışam. Yükləmə böyükdür, lakin narahatçılıq yoxdur.
- “Bakı”da, yoxsa Latviyada daha çox tələb edirlər?
- Təxminən eynidir. Çünki özüm həmişə yüksək hədəflər qoymuşam. Klub rəhbərliyi mənə çətin anlarda dəstək olsa da bilirəm ki, hər oyunun məsuliyyət mənim üzərimdədir. Yığmada təbii ki, işə normal yanaşma var: bəzən sərt, bəzən yumşaq olur. Axı biz daha təhlükəli rəqiblərlə oynayırıq. Amma əsas işə münasibətdir. Futbolda istənilən rəqibi məğlub etmək olar.
Rüstəm MİKAYILLI

0
0