“Qalatasaray” axtardığını tapdı
04.06.2011 - 15:08
“Qalatasaray” axtardığını tapdı
Türkiyənin “Qalatasaray” klubu növbəti transferini gerçəkləşdirir. Apasport.az saytının məlumatına görə, hücum xəttinə ulduz almaq istəyən İstanbul təmsilçisi Cibril Sisse ilə güclənəcək. “Çelsi”nin hücumçusu Didye Droqbada gözü olan, lakin sevdası baş tutmayan türkiyəlilər Yunanıstan “Panatinaikos”unda çıxış edən fransalı ilə anlaşıb.

İlkin razılıq əldə olunan Sisse əslən kot d’ivuarlı olsa da Fransa milli komandasının üzvüdür. 15 yaşında “Oser”ə keçən hücumçu elə bu komandada parlayıb. Sonradan “Liverpul” və “Marsel”də də oynamış Cibrilin indiki klubu ilə hələ 2 illik müqaviləsi var.