Löv: Bakı səfərindən sonra möhtəşəm nəticəmiz olacaq
04.06.2011 - 16:54
“Biz daha bir dəfə bütün qüvvəmizi səfərbər etməliyik. Uzaq səfərin yorğunluğuna, saat fərqinin olmasına baxmayaraq Azərbaycanda istədiyimiz nəticəni qazanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.
O, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də keçiriləcək Azərbaycan yığması ilə oyun haqda fikirlərini açıqlayıb: “Bilirdik ki, belə problemlərlə üzləşə bilərik. Əminəm ki, bunların öhdəsindən gələcəyik. Bunu bacardıqdan sonra layiqli istirahətə gedə bilərik. Bakıdakı qələbədən sonra 21 xalımızın olması möhtəşəm nəticədir”.

0
0