Azarkeşlərimiz Almaniya yığmasının məşqinə buraxılmayacaq
05.06.2011 - 16:10
Azarkeşlərimiz Almaniya yığmasının məşqinə buraxılmayacaq
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının növbəti rəqibi olan Almaniya yığması sabah Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, iyunun 7-də saat 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizlə görüşəcək Bundestim saat 16:05-də paytaxtımıza təşrif buyuracaq. Həmin gün saat 19:30-da “Hyatt Regency” otelində Almaniya yığmasının baş məşqçisi Yoahim Löv mətbuat konfrans keçirəcək. Rəqibimizin saat 21:00-da isə Respublika stadionunda ilk 15 dəqiqəsi yalnız mətbuat nümayəndələri üçün açıq məşqi olacaq. Azarkeşlər məşqə buraxılmayacaqlar.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu iyunun 7-də saat 22:00-da başlayacaq.

Mənbə: affa.az